Koroglu və Mübariz haqqıda məlumat
Koroğlu xalq qəhramanıdır. Xanlara,Paşalara qarşı mübarizə aparmışdır. Atası Alı kişinin gözləri Həsən xan tərəfindən çıxarıldıqdan sonra Koroğlu adını götürüb. Əsl adı isə Rövşəndir. Koroğlunu məğlubedilməz edən əsas qüvvə xalqdır. Digər qüvvələri isə Misri qılınc,Qırat və özünün dəli nərəsidir. Koroğlunun igidliyi ilə bərabər aşıqlığı da olmuşdur. Bu onun xalqa bağlılığını göstərir. Koroğlu düşmənlərini həmişə igidliyi ilə məğlub edir. Ancaq Dəmirçioğlu və Dəli Həsəni öz dəli nərəsi ilə məğlub edirmiş. Koroğlunun dəlilərə qulaq asmaması bəzən onun məğlubedilməzliyinə səbəb olur. Keçəl Həmzənin Qıratı qaçırması qolunda da Koroğlunun dəlilərə qulaq asmaması onun məğlubiyyətinə səbəb olur. Belə ki,öz gücünə , ağlına inanır və hiyləgərlik - Həmzənin timsalında qalib gəlir. Sonda isə Koroğlu tək başına hiyləgərliyə qalib gələrək Həmzə tərəfindən oğurlanmış Qırata sahib olur. Bu qolda mərdlə namərd qarşılaşır və sonda mərd qalib gəlir. Mübariz Azərbaycanın Milli Qəhramanıdır. Koroğlu kimi Mübariz də qəhramandır. Koroğlu sadə kənd arasından çıxmış bir qəhramandır. Keçmişdə xanlara,bəylərə,paşalara qarşı mübarizə aparmışdır. Haqsızlığa qarşı mübarizəyə atasının gözünün çıxarılmasından sonra daha cox başlayır. Dəliləri başına yığaraq xalqı xanların ,paşaların zülmündən qurtarır. O,da Koroğlu kimi qəhramandır.Koroğlu xalq qəhramanı , Mübariz isə milli qəhramandır. Mübariz öz mübarizliyi ilə xain ermənilərə qarşı igidlik göstərir.
Комментариев нет:
Отправить комментарий